İlham Əliyev Kral II Abdullahla görüşdü
10 Dek 2019 12:06
249

İlham Əliyev Kral II Abdullahla görüşdü

Dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub.

"Yeni Sabah" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verib.

İordaniya Kralı Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İordaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşısından keçib.

Prezident İlham Əliyev və Kral II Abdullah rəsmi foto çəkdiriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər