İlhamə Novruzova işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

İlhamə Novruzova işdən çıxarıldı

Sosial

23 İyul 2026 14:19 133


“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bu gün sərəncam imzalayıb.

Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad olunub. Pepperoni pizza

İyulun 22-dıə Naxçıvan TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Vüsal Muradov Naxçıvan TV-nin sədr müavini təyin olunub.

QSC-nin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!