İlin son Günəş tutulması avqustda olacaq

saytların hazırlanması

Evə çatdırılma

İlin son Günəş tutulması avqustda olacaq

Sosial

03 Avqust 2026 17:47 113


2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bu tutulma, tam Günəş tutulması olacaq. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək. Dominos pizza

Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza isə saat 21:46-da baş verəcək. Ümumilikdə, təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!