İlon Maskın sərvəti “SpaceX” və “Tesla” səhmlərindəki yüksəlişin təsiri ilə yenidən 1 trilyon dolları keçib.
“Yeni Sabah” xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”ndə Maskın sərvəti 3 aydan sonra yenidən 13 rəqəmli səviyyəyə çatıb.
“SpaceX” və “Tesla” səhmlərinin bahalaşmasının ardınca o, sərvətini yenidən 1 trilyon dolların üzərinə çıxarıb - 1,04 trilyon dollar. Sezar pizza
“SpaceX” səhmləri oktyabr ayının əvvəlindən bəri təxminən 13 faiz, “Tesla” səhmləri isə 6,7 faiz dəyər qazanıb.
Telegram kanalımız