İlon Mask “Tesla”nın səhmlərini satmayacağını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask “Tesla”nın səhmlərini satmayacağını açıqladı

Dünya

23 Dekabr 2022 20:58 705


Amerikalı iş adamı İlon Mask yaxın 2 il ərzində “Tesla Inc”nin səhmlərini satmağı planlaşdırmadığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, “Twitter Spaces” hesabında keçirilən audio konfrans zamanı Mask şirkətin səhmdarı Ross Herberin sualını cavablandırarkən bildirib ki, o, “Tesla” səhmlərini gələn il və böyük ehtimalla ondan sonrakı ildə mütləq satmayacaq.

Milyarder artıq bu il öz payının təxminən 40 milyard dollarını satıb. Buna səbəb isə onun “Twitter”i almasıdır. Dominos pizza

Xatırladaq ki, bundan əvvəl də Mask “Tesla” səhmlərini satmayacağını açıqlasa da, vədini yerinə yetirməyib. Sonuncu böyük tranş dekabrın ortalarında onun qiymətli kağızların satışından 3,58 milyard dollar aldığı zaman məlum olub.

O, şirkətdəki payını daha da azaltmaq barədə son qərarını iqtisadiyyatda “ən pis ssenari”yə hazırlaşmaq üçün vəsait toplamaq ehtiyacı ilə izah edib. Mask, həmçinin, qeyd edib ki, o, bunu Amerika iqtisadiyyatının son iki böyük tənəzzülü zamanı əldə etdiyi təcrübəyə əsaslanaraq edib. Bundan əlavə, “Tesla” rəhbəri iqtisadiyyatdakı vəziyyətin yaxşılaşacağı təqdirdə “Tesla” səhmlərinin geri alınmasını təsdiqləməyə hazır olduğunu bəyan edib.

Oktyabrda milyarder elan etmişdi ki, direktorlar şurası şirkətin 5-10 milyard dollarlıq səhmlərinin geri alınması məsələsini müzakirə edib, lakin heç bir qərar qəbul edilməyib. O cümlədən Mask, “Twitter” öhdəliklərinə görə “Tesla”ya kifayət qədər diqqət yetirmədiyinə dair tənqidlərə cavab verib.

“Bütün bu müddət ərzində mən “Tesla”da bir dənə də olsun vacib görüşü qaçırmamışam”, – deyən Musk, avtomobil istehsal edən şirkətin fəaliyyətinin “Twitter”dən daha mürəkkəb olduğunu əlavə etmişdi

Dekabrın 22-də Nyu-Yorkda keçirilən əlavə ticarətdə “Tesla” səhmləri 1,1% bahalaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!