İlqar Məmmədovdan tarixlə bağlı SENSASİON MÜQAYİSƏ

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovdan tarixlə bağlı SENSASİON MÜQAYİSƏ

Siyasət

10 Avqust 2026 12:29 261


“Gülməlisi odur ki, Azərbaycanda XVI əsr haqqında müzakirə hər qızışanda Ermənistandakı süni intellekt çiplərini qızdırıb qonşu ölkəyə gəlir gətirəcək. Çünki bizdəki mübahisəçilər bir-birinin dediklərini getdikcə daha da çox süni intellektlə yoxlayır. Ya da hər hansı dolayı yolla süni intellekt bu müzakirələrin məzmununa təsir edir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının sabiq sədri İlqar Məmmədov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, məlum bir tarixi fenomen də yadına düşür:

“Müharibədə qələbə çalan tərəf məğlub tərəfin ən pis cəhətlərini çox vaxt özünə yaraşdırmağa başlayır. Bunun izahını tapan yoxdur, amma tarixdə belə şey az olmayıb. Bizdə də bəziləri Ermənistan üzərindəki parlaq qələbəmizdən sonra erməni xalqını aldadaraq ona iki dəfə faciə yaşatmış “tarix xəstəliyinə” biz azərbaycanlıları yoluxdurmağa çalışır. pizza sifarişi

Dediyim fenomen hələ İsgəndərin vaxtından məlumdur. Əhəmənilər üzərində qələbəsindən sonra, qalib makedoniyalılar yerli əhalinin adət elədiyi xasiyyətləri mənimsəməyə başladı. Digər makedoniyalılar isə bu mədəni işğala qarşı çıxdı. Son nəticədə, bu ziddiyyət imperiyanı zəiflədib onun məhvinə yol açan amillərdən biri oldu. Qədim Romada da bu fenomen məlum idi. Qədim yunanlar üzərində hər qələbədən sonra, məğlub tərəfin “ən pis” sayılan xasiyyətlərinin romalıları yoluxdurması haqqında Plutarx, Horasi, Polibiy və digərləri yazıb.

Ermənilər özü "tarix xəstəliyi"ndən indi qurtulmağa başlayır, 50 il irəliyə daha çox baxır, nəinki 500 il geriyə. Azərbaycan xalqı da daim gələcəyə və tərəqqiyə açıq xalq olub, yuxarıdan gələn geriçi təsirlərə baxmayaraq. Bu keyfiyyətimizi itirmək olmaz”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!