Kamal Kılıçdaroğlunun CHP rəhbərliyinə qayıtması ilə başlayan böhran partiya daxilində böyük bir parçalanmaya çevrilib.
"Yeni Sabah" xəbər verir ki, Özgür Özelin rəhbərlik etdiyi 91 millət vəkilinin YENİ Partiyanı yaratmaq üçün ayrılmasından sonra çoxsaylı bələdiyyə başçıları və partiya rəsmiləri də CHP ilə yollarını ayırıb.
Bu siyasi qarışıqlıqdan sonra vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu CHP-dən istefa verdiyini açıqlayıb. İmamoğlu "Cümhuriyyət Xalq Partiyasındakı 17 illik üzvlüyümdən istefa verirəm" deyə açıqlamasında bildirib. pizza sifarişi
İmamoğlu istefasından sonra yeni siyasi yol xəritəsinə işarə edərək, açıqlamasında deyib:
“Bu gün Türkiyə üçün birlikdə daha güclü, daha demokratik və daha ümidverici bir gələcək qurmaq üçün YENİ bir yol açırıq. Sizi bu səyahətin bir hissəsi olmağa, birlikdə ümid yaratmağa və gələcəyi birlikdə qurmağa dəvət edirəm”.\Unikal
Telegram kanalımız