İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu Türkiyənin Ərzurum valisi və Ərzurum bələdiyyə başçısına qarşı iddia qaldıracaq.
Yenisabah.az xəbər verir ki, bazar günü keçirilən seçkiqabağı mitinqə rəhbərlik edən nümayişçilərə daş atılıb.
Müxalifətin iddiasına görə, yerli hüquq-mühafizə orqanları bununla bağlı adekvat fəaliyyət göstərməyib. pizza sifarişi
İstanbul merinin sözlərinə görə, 10-15 nəfər xəsarət alıb, partiyaya məxsus avtobusun şüşələri sındırılıb. İmamoğlu isə 15 dəqiqədən sonra mitinqdə çıxışını dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Ə. İmamoğlu Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində ortaq namizədi Cümhuriyyəti Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun iştirak etdiyi müxalifət blokunu – “Millət İttifaqı”nı təmsil edir.
Telegram kanalımız