İmran xan məhkəməyə getmədi

saytların hazırlanması

Evə çatdırılma

İmran xan məhkəməyə getmədi

Dünya

07 Mart 2023 16:45 754


Pakistanın keçmiş baş naziri İmran Xan məhkəməyə gəlməyib.

Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, o, baş nazirliyi dövründə dövlət hədiyyələrinin satışı ilə bağlı ittihamları cavablandırmalı idi.

Hakim Xanın həbsinə dair order versə də, baş nazir Şahbaz Şərifin hökuməti bu barədə göstəriş vermək hüququnu hələlik icra etmir. Dördpendirli pizza

Keçmiş kriket ulduzu və hazırda 70 yaşlı müxalifət lideri parlamentində etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.

İmran Xanın “Təhrik-i İnsaf” partiyasının yüksək səviyyəli liderlərindən biri olan Fuad Çaudri eks-baş nazirin səhhəti ilə əlaqədar İslamabada, məhkəməyə gedə bilməyəcəyini iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!