İmran Xanla bağlı qərar verildi:   5 il müddətində...

saytların hazırlanması

Evə çatdırılma

İmran Xanla bağlı qərar verildi: 5 il müddətində...

Dünya

21 Oktyabr 2022 16:36 1077


Pakistanın Ali Seçki Komissiyası keçmiş Baş nazir İmran Xana xarici liderlərin və nümayəndələrin rəsmi hədiyyələrini qanunsuz satdığına görə qadağa qoyub.

Yenisabah.az xəbər verir ki, seçki komissiyasının yekdilliklə qəbul etdiyi qərara əsasən, Xan korrupsiya əməllərində təqsirli bilinib.

Milli Məclisdən uzaqlaşdırılan İmran Xan 5 il ərzində heç bir dövlət vəzifəsində çalışa bilməyəcək. pizza hut

Ona qarşı irəli sürülən ittihamları rədd edən Xan 140 milyon Pakistan rupisi (təxminən 635 min dollar) dəyərində dövlət hədiyyələrini bəyan etmədən alqı-satqı yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Xanın vəkillərindən biri olan Faysal Çaudri bildirib ki, seçki komissiyasının bu cür qərarlar qəbul etmək üçün qanuni səlahiyyəti yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!