“İndi niyə şikayət edirsiniz?” -   “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi

Şou

21 May 2026 16:37 197


“Mahnının zəifliyindən şikayətlənirik, amma nəzərə almaq lazımdır ki, hər şey açıq formada keçirilir. İstənilən bəstəkər yarışma üçün öz mahnısını təqdim edə bilər. Mən də deyə bilərəm ki, zəif idi. Amma adama sual verərlər, mahnı göndərmişdiniz ki, indi də şikayət edirsiniz?”.

Bunu “Yeni Sabah”a açıqlamasında 2024-cü ildə keçirilən “Avroviziya” mahnı yaraşmasında Azərbaycanı təmsil edən muğam ifaçısı İlkin Dövlətov deyib.

O bildirib ki, bəstəkarlar və müğənnilər hamısı rahatlıqla mahnılarını İTV-yə təqdim edə bilərlər: pizza hut

“Orada baxılır və ədalətli formada seçim edilir. Biz 2024-cü ildə mahnı göndərmişdik, münsiflər baxdı və görüşə çağırdılar. Münsiflər heyətində bəstəkarlar Vaqif Gərayzadə, Faiq Sücəddinov, Dj Fateh və başqaları vardı. Yəni bu cür güclü musiqiçilərin və uğurlu insanların qarşısında canlı ifa edirsən, 6 nəfər seçilir. Onların da içindən seçilən mahnılar Avropadan olan münsiflər tərəfindən qiymətləndirilir, yekun qərar verilir. Dediyim odur ki, mahnıdan gileylənirik, amma heç birimiz təkliflərimizi göndərmirik”.

İfaçının sözlərinə görə, əvvəllər mahnı xaricdən alınırdı, indi isə öz bəstəkarlarımıza şərait yaradılıb:

“4 ildir öz bəstələrimizi, öz sözlərimizi “Avroviziya”da səsləndiririk. Mən 2024-cü  ildə “Avroviziya”da iştirak edəndə Azərbaycan dilində “Özünlə apar” mahnısını ifa etdimş. Bu, yarışmanın tarixinə ilk Azərbaycan dilli ifa kimi düşdü”.

İ.Dövlətov vurğulayıb ki, ölkəmizdə xeyli sayda əhəmiyyətli yarışlar və forumlar keçirilir:

“Eyniylə biz də ölkəmizi dünyanın müxtəlif yerlərində təmsil edirik. O zaman yer tutmayanda deyək ki, həmin yarışlarda da iştirak etməyək? “Avroviziya”ya qatılan xeyli ölkələr var, bizdən fərqli olaraq heç vaxt yer tuta bilməyiblər, amma iştirak edirlər. Böyük Britaniya və bir neçə ölkə var ki, əksər hallarda heç xal almır, ancaq hər dəfə də qatılır.

Sadəcə bizdə qələbə ruhu var və qoşulduğumuz hər yarışdan qalib olaraq dönmək istəyirik. Bu da təbiidir. Amma bütün dünyanın baxdığı yarışmada ölkəmizi, musiqimizi, muğamımızı tanıdırıq, bütün dünyada dilimizə qarşı maraq yaradırıq. Orda olanda bizə gətirib muğamlarımızı göstərirdilər. Elə bu, mədəniyyətimizin ən böyük uğuru deyilmi? Hər işimizə bir qulp qoşuruq. Niyə? Özümüzü  inkişaf etdirək.

Bir məsələni də unutmayaq ki, “Avroviziya”ya qatılmasaydıq Elnur, Samir, Aysel, Safura, Eldar, Nigar, Səbinə, Fərid, Dilarə, Səmra, Diana, Aisel, Çingiz, Samirə, Nadir, Turan, Tural, Fəxri, Cəmilə kimi istedadlı ifaçıları necə yaxından tanıyacağdıq? Hələ ölkəmizdə çoxsaylı və kəşf olunmamış istedadlı ifaçılarımız var”.

Qeyd edək ki, Azərbaycanı bu il “Avroviziya” mahnı müsabiqəsində Jiva (Cəmilə) təmsil edib. “Just go” mahnısı ilə səhnəyə çıxan təmsilçimizə cəmi 2 xal verilib. Buu da Bolqarıstan edib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!