İndoneziya paytaxtında zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

İndoneziya paytaxtında zəlzələ oldu

Dünya

20 Avqust 2025 18:10 362


İndoneziyanın paytaxtı Cakartada zəlzələ baş verib. Onun maqnitudası 4.9 bal olub.

Oxu.Az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına istinadən bildirir ki, yeraltı təkanların episentri 1 milyon 520 min insanın yaşadığı Bekasi şəhərindən 37 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!