İnsanları milyonluq tələyə salmaqda ittiham olunan bloqer ələ keçdi

saytların hazırlanması

Evə çatdırılma

İnsanları milyonluq tələyə salmaqda ittiham olunan bloqer ələ keçdi

Kriminal

29 İyul 2026 20:49 93


BƏƏ-dən Rusiyaya ekstradisiya edilən bloqer dələduzluqda ittiham olunur.

"Yeni Sabah" TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Baş Prokurorluğunun tələbi əsasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları erməniəsilli bloqer Lusik Karapetyanı Rusiyaya ekstradisiya ediblər.

Məlumata görə, o, 2023-cü ildə dələduzluğa görə məhkum olunmuş bloqer Xizri Zapirovun PR-direktoru kimi tanınırdı. pizza sifarişi

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin səlahiyyətli qurumlarının nümayəndələri Rusiya DİN-in İnterpol Milli Mərkəzi Bürosunun və Federal Penitensiar Xidmətin əməkdaşlarına Rusiya vətəndaşı olan qadını təhvil veriblər.

Rusiya Baş Prokurorluğu ekstradisiya edilən şəxsin Lusik Karapetyan olduğunu təsdiqləyib. O, Rusiya Cinayət Məcəlləsinin 159.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət məsuliyyətinə cəlb olunmaq üçün ölkəyə gətirilib. Həmin maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə və 1 milyon rubla qədər cərimə nəzərdə tutulur.

İrina Volk bildirib ki, ekstradisiya İnterpol kanalları vasitəsilə həyata keçirilən əməkdaşlıq və Rusiyanın BƏƏ-dəki DİN nümayəndəliyinin xarici tərəfdaşlarla koordinasiyası nəticəsində mümkün olub.

Qeyd edək ki, Lusik Karapetyan 2023-cü ilin avqustunda BƏƏ-də saxlanılıb.

İstintaqın versiyasına görə, o, insanlara mərc oyunlarında böyük uduş qazanacaqlarını vəd edən, əslində isə onların pullarını mənimsəyən mütəşəkkil qrup yaradıb. Buna görə də o, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!