“İnter“ Ronaldonu rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

“İnter“ Ronaldonu rədd etdi

İdman

28 İyun 2022 16:09 849


"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "İnter"ə keçmək istədiyini Milan klubuna bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb. 37 yaşlı hücumçu öz menecerləri vasitəsi ilə "İnter"ə xidmətlərini təklif edib. "İnter" forvardın təklifini rədd edib. Çünki klub ona "Mançester Yunayted"də aldığı təxminən illik 20 milyon avro əməkhaqqını ödəməyə hazır deyil. Həmçinin "İnter"in qərarına Romelu Lukakunun tezliklə kluba qayıdacaq olması da təsir edib.

İndi İtaliya təmsilçisi "Yuventus"un digər keçmiş hücumçusu Paulo Dibala ilə müqavilə imzalamağı hədəfləyir . Marqarita pizza

Qeyd edək ki, Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!