Sentyabrın 9-da keçiriləcək növbəti təqdimat mərasimində “Apple” tərəfindən inqilabi addımın atılacağı gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, texnologiya nəhəngi tədbirdə brendin ilk qatlanan smartfonunu ictimaiyyətə təqdim edə bilər. “iPhone Ultra”adı verilməsi planlaşdırılan bu premium modelin qiymətinin 2000 dollardan baha olacağı ehtimal edilir.
Sektor ekspertləri bu tədbiri şirkətin son illərdəki en maraqlı təqdimatlarından biri kimi qiymətləndirirlər. Şouda qatlanan telefonla yanaşı, “iPhone 18” flaqman seriyası, eləcə də “AirPods” və “HomePod” ekosistemindəki son yeniliklər nümayiş olunacaq. Dördpendirli pizza
“iPhone Ultra”: Qatlanan smartfondan nələr gözlənilir?
Sızdırılan məlumatlara görə, “iPhone Ultra” qatlandıqda 5,5 düymlük rahat xarici ekrana çevrilir. Cihaz tam açıldıqda isə 7,8 düymlük genis displeyə sahib olaraq faktiki olaraq kompakt bir “iPad”i əvəzləyir. İlk sınaqlar modelin nəfis dizayna malik olduğunu və böyük ölçüsünə rəğmən rahat daşındığını göstərir.
Kamera sistemi: Cihazın arxa paneli əsas və ultra genişbucaqlı modullarla təchiz olunacaq, lakin telefoto kameradan istifadə edilməyəcək.
Təhlükəsizlik və enerji: Daxili korpus sahəsinə qənaət etmək üçün “Face ID” texnologiyasının “Touch ID” barmaq izi skaneri ilə əvəzlənəcəyi bildirilir. Sensor yan düyməyə inteqrasiya ediləcək. Cihaz “MagSafe” simsiz şarj texnologiyasını da dəstəkləyəcək.
Proqram təminatı: Planşet ölçülü displeyə baxmayaraq, smartfon “iPadOS” deyil, “iOS” əməliyyat sistemi bazasında çalışacaq. Eyni zamanda ekranı iki hissəyə bölərək parallel tətbiq işlətmək imkanı yaradılacaq.
Ekran texnologiyası: Müasir qatlanan cihazların ən böyük qüsuru olan ortadakı qatlanma xətti bu modeldə “Apple”ın yeni texnologiyası sayəsində minimuma endirilib.
“iPhone 18” flaqmanları və AI dəstəkli aksesuarlar
Təqdimatda yalnız qatlanan model deyil, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” versiyaları da debüt edəcək. Maraqlıdır ki, əsas “iPhone 18” modelinin satışına yalnız 6 ay sonra başlanılması gözlənilir. Bu addım reallaşarsa, şirkət tarixində ilk dəfə olaraq flaqman modellər baza versiyasından daha tez bazara çıxarılmış olacaq.
Tədbirin digər diqqətçəkən məqamı kameralı “AirPods” qulaqlıqları ola bilər. Şəkil və video çəkmək üçün nəzərdə tutulmayan bu kameralar istifadəçinin ətraf mühiti haqqında vizual məlumat toplayaraq, “Google Gemini” əsasında yenilənmiş “Siri”nin obyektləri tanımasına kömək edəcək. Paralel olaraq, süni intellekt dəstəkli yeni “HomePod” modellərinin də təqdim olunacağı gözlənilir.
Telegram kanalımız