İpoteka Fondunda milyonlarla manatlıq artım – Hesabat açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İpoteka Fondunda milyonlarla manatlıq artım – Hesabat açıqlandı

İqtisadiyyat

06 Avqust 2026 18:02 57


İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2026-cı ilin ilk yarısında müsbət maliyyə nəticəsi əldə edib.

“Yeni Sabah” xəbər verir ki, fondun maliyyə hesabatına əsasən, yanvar-iyun aylarında İKZF-nin xalis mənfəəti 14,724 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.

Hesabat dövründə Fondun faiz gəlirləri 63,059 milyon manat, faiz xərcləri isə 40,83 milyon manat olub. Gözlənilən kredit zərəri 387 min manat təşkil edib ki, bu da illik müqayisədə 41,5% azalma deməkdir. pizza

İKZF-nin iyulun 1-nə aktivlərinin ümumi həcmi 4 milyard 149,958 milyon manat olub. Aktivlərin əsas hissəsini müştərilərə verilmiş ipoteka kreditləri təşkil edib. Bu göstərici 2 milyard 615,661 milyon manat olub və ötən ilin eyni dövrü ilə müqayisədə kredit portfeli 8,4% artıb.

Fondun öhdəlikləri illik müqayisədə 15,1% artaraq 2 milyard 753,095 milyon manata, balans kapitalı isə 8,9% artaraq 1 milyard 396,863 milyon manata yüksəlib.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə Azərbaycan İpoteka Fondu və Kredit Zəmanət Fondunun birləşdirilməsi nəticəsində yaradılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!