İran bu halda ABŞ ilə danışıqlara gedə bilər

saytların hazırlanması

Evə çatdırılma

İran bu halda ABŞ ilə danışıqlara gedə bilər

Dünya

01 Fevral 2026 21:29 530


İran hakimiyyəti tərəflər arasında etimadın bərpa olunacağı təqdirdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır.

"Yeni Sabah" xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "CNN" telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, məzmunlu danışıqlar etimada əsaslanmalıdır, lakin hazırda İran ABŞ-ı etibarlı danışıqlar tərəfdaşı kimi görmür. pizza hut

Onun sözlərinə görə, bu etimadsızlığın aradan qaldırılması vacibdir və hazırda regiondakı dost ölkələrin vasitəçiləri bu istiqamətdə səylər göstərirlər.

"Hazırda Tehran və Vaşinqton arasında vasitəçilər yolu mesaj mübadiləsi davam edir", = Əraqçi qeyd edib. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!