Tehran Livanda elektrik çatışmazlığı problemini bu ölkə ilə ikitərəfli əməkdaşlıq yolu ilə və ABŞ sanksiyalarına zidd olaraq həll edə bilər.
Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
O, üç günlük səfəri zamanı Livan rəsmilərinə iki ölkə arasında ortaq əməkdaşlıq sazişinin əldə olunması şərti ilə İranın problemi həll edə biləcəyini bildirib: pizza hut
“Əlbəttə, ABŞ-ın təzyiqləri və sanksiyalarla bağlı qorxuları bu baxımdan problemlərdən biridir, lakin bilməlisiniz ki, ABŞ sanksiyaları iflasa uğrayıb”.
Nazir əlavə edib ki, ABŞ-ın ağır sanksiyaları altında olan İran İraq kimi bəzi ölkələrə elektrik enerjisi və neft ixrac edir:
"İranın imkanlarını nəzərə alaraq, elektrik və qaz sektorunda (ikitərəfli) əməkdaşlıq həm Livan, həm də İran üçün sərfəli və ikitərəfli biznesdir və təbii ki, bu, Livan xalqının rifahının yaxşılaşdırılmasına kömək edir".
Telegram kanalımız