İran Ordusu: Silah istehsalı ikiqat artıb

saytların hazırlanması

Evə çatdırılma

İran Ordusu: Silah istehsalı ikiqat artıb

Dünya

22 Avqust 2026 11:57 59


İran son bir ildə silah və hərbi texnika istehsalını ikiqat artırıb və indi onu üçqat artırmağı planlaşdırır.

"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlainik bildirib.

Onun sözlərinə görə, istehsalın artması sanksiyalara cavabdır və müdafiə sənayesinin müstəqilliyini daha da gücləndirməyə yönəlib: Marqarita pizza

"İranın müdafiə istehsal zəncirinə hazırda 9000-dən çox özəl və elmi-texnoloji şirkət daxildir ki, bu da əvvəlki ilə nisbətən təxminən 20% çoxdur. Son bir ildə tədqiqat layihələrinin 76%-i hazır məhsul mərhələsinə çatıb".

Təlainik bildirib ki, bəzi İran silah növləri xarici ekvivalentlərin qiymətindən 10-20 dəfə baha istehsal olunur.

Onun sözlərinə görə, İran hazırda 1000-dən çox növ müasir sistem və silah istehsal edir, halbuki İslam İnqilabından əvvəl ölkə yalnız 31 əsas hərbi texnika istehsal edirdi.

General Təlainnik qeyd edib ki, İran raket potensialına görə ilk on ölkə arasındadır və pilotsuz uçuş aparatları sahəsində aparıcı oyunçudur:

"Bəzi yeni sistemlər haqqında məlumatlar hərbi sirləri qorumaq və düşmən üçün sürpriz təmin etmək üçün qəsdən ictimaiyyətə açıqlanmır".

Onun sözlərinə görə, komandanlıq ballistik və kruiz raketlərinin, dronların və hava hücumundan müdafiə sistemlərinin istehsalı və modernləşdirilməsi barədə tam məlumat alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!