İran pulu günbəgün dəyər itirir

saytların hazırlanması

Evə çatdırılma

İran pulu günbəgün dəyər itirir

Dünya

15 Dekabr 2022 12:08 783


İran rialının məzənnəsi tarixi minimuma enib.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, valyuta ilə əsas əməliyyatların aparıldığı "qara bazar"da dollar orta hesabla 384 min riala (38 400 tümən) satılır.

Dollar almaq üçün digər səbəb Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya silah tədarükünə görə sanksiyalarıolub. Dominos pizza

Sentyabrın ortalarından etibarən rial 18 faiz dəyər itirib. Yerli treyderlərdən biri qeyd edib ki, xarici valyutaya tələb artmaqda davam edir, çünki biznes təzyiq altındadır və sanksiyaların ləğvi perspektivi uzaq görünür.

İran valyutası 2018-ci ildən ABŞ-ın Tehranın şərtlərini yerinə yetirmədiyinə inanaraq nüvə sazişində iştirakdan imtina etdiyi vaxtdan ucuzlaşır. O vaxtdan bəri hakimiyyət valyuta bazarlarını nəzarətdə saxlamağa çalışsa da, heç bir nəticəsi olmayıb. Bundan əlavə, dolların və digər xarici valyutaların populyarlığına yüksək inflyasiya və ev təsərrüfatlarının gəlirlərinin azalması təsir göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!