Rusiya, Hindistan, Çin, Qazaxıstan... - İran da üzv oldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya, Hindistan, Çin, Qazaxıstan... - İran da üzv oldu

Dünya

04 İyul 2023 15:17 1177


İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilib.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bu, ŞƏT sammitinin yekununda qəbul edilən Dehli Bəyannaməsində əksini tapıb.

Sənəddə deyilir: “Üzv dövlətlər İran İslam Respublikasının ŞƏT-ə tamhüquqlu üzv dövlət kimi qəbul edilməsinin tarixi əhəmiyyətini vurğulayıblar. pizza hut

İran prezidenti İbrahim Rəisinin ŞƏT-in Dövlət Başçıları Şurasında çıxışı zamanı qeyd etdiyi kimi, tamhüquqlu üzvlük təhlükəsizlik, iqtisadi inkişaf və suverenlik üçün şəraiti yaxşılaşdıracaq".

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb və ona Rusiya, Hindistan, Çin, Qazaxıstan, İran, Qırğızıstan, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Belarus müşahidəçi statusuna malikdir, lakin keçən iyulda Minsk tam üzv olmaq üçün müraciət etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!