İran və Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı səfirləri bir araya gəlib.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, Abbas Musəvi və Əssam bin Saleh əl-Catili işğal olunmuş ərazilərdə, xüsusilə Qəzzada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Diplomatlar Qəzzada İsrailin cinayətlərinin dayandırılması üçün İslam ölkələrinin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) formasında bütün həll yolları və təşəbbüslərindən istifadə edilməsinin vacibliyini vurğulayıblar. pizza
Bundan başqa, İran səfiri Əlcəzairin Bakıdakı səfiri Osman Əbdülvəhhab və Venesuelanın Bakıdakı səfiri Kristofer Alberto Martineslə eyni mövzuda müzakirələr aparıb.
Telegram kanalımız