Iran Xarici İşlər Nazirliyi sənədlərin və məlumat bazalarının əldə edilməsi, həmçinin Xarici İşlər Nazirliyinin server və sistemlərinin sındırılması ilə bağlı iddiaları təkzib edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə qurumun sözçüsü Naser Kənani məlumat verib.
O, bütün xidmət sistemlərinin aktiv olduğunu bildirin: "Yalnız Xarici İşlər Nazirliyinin internet saytı haker hücumuna məruz qalıb, dərhal lazımi tədbirlər görülüb və artıq ictimaiyyətə açıqdır". Dominos pizza
N. Kənani vurğulayıb: "Xarici İşlər Nazirliyinin adından kiberməkanda dərc olunan məlumatlar saxtadır".
Xatırladaq ki, xaricdəki İran müxalifəti, xüsusilə, "Mocahedin-e Xəlq" təşkilatı XİN arxivlərinin "hack" edildiyini bildirib.
Telegram kanalımız