İranda erməni kilsəsi ətrafında yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

İranda erməni kilsəsi ətrafında yanğın oldu

Rəsmi

08 Aprel 2023 14:41 802


İranın Gilan əyalətinin Ənzəli şəhərində yerləşən erməni kilsəsində yanğınla bağlı məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, Yanğından Mühafizə İdarəsinin qrupu və mədəni irs idarəsinin rəhbəri Vəli Cəhani dərhal hadisə yerinə yollanıblar.

İdarə rəisinin iddiasına görə, İranın Milli Abidələri siyahısında qeydə alınan tarixi binalardan biri olan erməni kilsəsinə yanğın heç bir ziyan vurmayıb. Yanğın zamanı bu ərazidəki bir sıra mağazalara zərər dəysə də, baş idarə həmin mağazaların bərpası üçün şəhər bələdiyyəsi ilə əməkdaşlığa hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!