30 Sentyabr - 00:33
İranda sel və daşqın: 76 ölü

İranda sel və daşqın: 76 ölü

Dünya

02 Avqust 2022 13:54 466


İranın 25 vilayətində baş vermiş sel və daşqınlarda 76 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, təbii fəlakətlə bağlı yaradılmış hökumət qurumları 61 127 nəfərə yardım etmək məcburiyyətində qalıb.

Hələlik 16 nəfər itkin düşmüş sayılır və su basmış ərazlərdə axtarışlar davam etdirilir.

İranın Qızıl Aypara Yardım və Xilasetmə Təşkilatının rəhbəri Mehdi Vəlipur bildirib ki, fəlakətin nəticələrini ardan qaldırmağa 6500 xilasedici cəlb olunub

Xilasetmə əməliyyatları ümumən 167 mahal, 130 şəhər, 1386 kənd və 153 nəqliyyat yolunda aparılır.

Hazırda 8585 nəfərə təcili yaşayış yeri verilib. Həmçinin 3018 nəfər təhlükəsiz yerlərə köçürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!