İranda sui-qəsd: Ekspertlər Şurasının üzvü öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

İranda sui-qəsd: Ekspertlər Şurasının üzvü öldürüldü

Dünya

26 Aprel 2023 12:48 776


İranda Ekspertlər Şurasının üzvü Ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində öldürülüb.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bu barədə Mazandaran əyalətinin siyasi təhlükəsizlik qurumu rəhbərininn müavini Ruhullah Selagi məlumat yayıb.

Onun sözlərinə görə, Sistan və Bəlucistan vilayətindən Ekspertlər Şurasının üzvü Ayətullah Süleymaniyə sui-qəsd təşkil edilib. O bu gün silahlı hücumun qurbanı olub. pizza sifarişi

R. Selagi Babolsar şəhərinin mərkəzi meydanında həyata keçirilən sui-qəsdin təfərrüatlarını açıqlamayıb: "Hücum edən şəxs təhlükəsizlik aparatının səyi ilə həbs edilib və bununla bağlı əlavə məlumat veriləcək".

Xatırladaq ki, Ekspertlər Şurası İranın Ali dini rəhbərini seçən qurumdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!