İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK - "Sepah") İranın cənub-qərbindəki İzə şəhərində terror törətmiş cinayətkarlarla bağlı ilk açıqlamasını yayıb.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, İİKK-in Kəşfiyyat Təşkilatı, habelə Kəşfiyyat (İnformasiya) Nazirliyi və "Fərəcə" (Asayiş Keşikçiləri) Kəşfiyyat Təşkilatı qatillərin həbsində birgə iştirak ediblər.
Xatırladaq ki, həmin cinayət bir ay əvvəl törədilib, 7 nəfər həlak olub və 12 nəfər yaralanıb. Dominos pizza
Əməliyyat zamanı terror şəbəkəsi üzvləri ilə silahlı toqquşmada 2 nəfər zərərsizləşdirilib, 2 nəfər isə həbs edilib.
Bəyanatda həbs olunanların xaricdəki monarxist qrup ünsürlərinin təlimi və dəstəyindən faydalandığı vurğulanıb.
Telegram kanalımız