İrandan SƏRT MESAJ -   “200 il ərzində heç vaxt...”

saytların hazırlanması

Evə çatdırılma

İrandan SƏRT MESAJ - “200 il ərzində heç vaxt...”

Siyasət

11 Oktyabr 2026 20:28 212


“Biz müharibə tərəfdarı deyilik, amma necə döyüşməyi bilirik”.

“Yeni Sabah” xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Minab şəhərindəki Şəcərət əl-Tayyibə ibtidai məktəbində çıxış edərkən deyib.

“Biz 200 il ərzində heç vaxt müharibəyə başlamamışıq, lakin təcavüzkarlara acı dərs vermişik”, – deyə nazir müavini vurğulayıb. Toyuqlu pizza

O, İranın yeni hücumlarla üzləşəcəyi təqdirdə fərqli cavab verəcəyini bildirib.

Qəribabadi ölkəsinin əvvəlki münaqişələrdəki reaksiyalarını müqayisə edərək qeyd edib ki, “Qırx günlük müharibə” zamanı verilən cavab “On iki günlük müharibə” dövründəki reaksiyadan fərqlənib.

Hörmüz boğazı ilə bağlı danışan nazir müavini bu su yolundan düşmənə qarşı mübarizədə istifadə ediləcəyini bildirib: “Hörmüz boğazı İranın su yolunun simvolu hesab olunur və biz bu boğazdan düşmənə qarşı mübarizəmizdə bir vasitə kimi istifadə edəcəyik”./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!