Goranboyda uşaq həkimi dərmandan zəhərlənib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Goranboy şəhərində qeydə alınıb.
Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sezar pizza
Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil.
Qeyd edək ki, T. Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi işləyir. Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız