Putin doğum günündə tək qalıb?

saytların hazırlanması

Evə çatdırılma

Putin doğum günündə tək qalıb?

Siyasət

11 Oktyabr 2026 18:16 86


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ad günündə onun yanında çox az sayda insanın olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, Peskov bu barədə "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.

"Çox az adam, həqiqətən də, çox az", - deyə o vurğulayıb. pizza sifarişi

DünyaPutin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto

Peskovun sözlərinə görə, dövlət başçısı ad gününü iş başında keçirib və həmin gün təxminən 10 beynəlxalq telefon danışığı aparıb. Putinin doğmaları, yaxınları və dostları onu yalnız axşam saatlarında şəxsən təbrik edə biliblər.

Xatırladaq ki, Rusiya prezidenti oktyabrın 7-də doğum gününü qeyd edib və 74 yaşı tamam olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!