Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.
“Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimin təmin olunması və məktəbə aidliyin qorunmasıdır. Online alış-veriş
Məktəb tək təhsil deyil, həm də tərbiyə müəssisəsidir. Burada müəllim öz şagirdi üçün nümunə olmalıdır və özünün fəaliyyəti və davranışında bunu əks etdirməlidir”,- deyə deputat qeyd edib.
Telegram kanalımız