DİQQƏT! Pensiyalarla bağlı   SON DƏQİQƏ AÇIQLAMASI – RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Pensiyalarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI – RƏSMİ

Sosial

10 Oktyabr 2026 14:31 1356


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, DSMF-dən verilən məlumata görə, pensiya kapitallarında dəyişikliklər müvəqqətidir.

“Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib. Dominos pizza

Bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur.

Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır.

Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.

Emal prosesinin 11 oktyabr 17:00-dək başa çatdırılması gözlənilir.

Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq”, - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!