Sabah bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sosial

11 Oktyabr 2026 18:32 93


Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 12:00-dan 15:00-dək Saltaq, Göydərə, Gal, Şurut, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Toyuqlu pizza

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdəki abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!