Oktyabr ayı bəzi bürclər üçün sakit keçməyə bilər. Astroloji yozumlara görə, ayın sonuna qədər bəzi bürclər münasibətlərdən iş həyatına, ailə məsələlərindən maddi mövzulara qədər müxtəlif çətinliklərlə üzləşəcək.
“Yeni Sabah” xəbər verir ki, astroloji şərhlərə əsasən, oktyabrın sonuna qədər xüsusilə 4 bürcün səbirli olması və tələsik qərarlar verməməsi tövsiyə olunur.
Qoç Dominos pizza
Qoçlar üçün oktyabrın əsas sınağı səbir olacaq. Adətən tez hərəkət etməyə və istədikləri nəticəni qısa müddətdə əldə etməyə çalışan Qoçlar bu ay bəzi işlərin gözlədiklərindən daha yavaş irəlilədiyini görə bilərlər. Xüsusilə iş həyatında gözlənilməz dəyişikliklər və son anda dəyişən planlar onları narahat edə bilər. Münasibətlərdə isə qarşı tərəfi dinləmədən verilən ani reaksiyalar kiçik anlaşılmazlıqları böyüdə bilər. Oktyabrın sonuna qədər Qoçların hər məsələni mübarizə kimi qəbul etməməsi və güclərini həqiqətən vacib olan işlərə yönəltməsi daha doğru ola bilər. Ayın sonlarına doğru bəzi gecikmələrin əslində daha düzgün qərarlar verməyə kömək etdiyini görə bilərlər.
Xərçəng
Xərçənglər üçün oktyabr daha çox ailə münasibətləri və duyğular baxımından sınaq dövrü ola bilər. Uzun müddətdir danışılmayan ailə məsələsi və ya keçmişdən qalan inciklik yenidən gündəmə gələ bilər. Başqalarının bütün problemlərini həll etməyə çalışmaq isə Xərçəngləri yorğun sala bilər. Bu səbəbdən ayın sonuna qədər öz istəkləri ilə ətrafdakı insanların gözləntiləri arasında tarazlıq yaratmaları vacib olacaq. Onları narahat edən məsələləri içində saxlamaq əvəzinə açıq şəkildə danışmaları bəzi problemlərin həllinə kömək edə bilər.
Tərəzi
Tərəzilər üçün oktyabr ayında münasibətlər və mühüm seçimlər ön plana çıxacaq. Hamını razı salmağa çalışmaq və qərar verməyi daim təxirə salmaq vəziyyəti daha da çətinləşdirə bilər. Şəxsi həyatlarında bəzi münasibətlərin həqiqətən tarazlıq yaradıb-yaratmadığını düşünə bilərlər. İş həyatında isə iki seçim arasında qalmaq və ya alışdıqları qaydadan kənara çıxmaq məcburiyyətində qala bilərlər. Oktyabrın sonuna qədər Tərəzilərin əsas sınağı başqalarının istəklərindən əvvəl özlərinin nə istədiyini müəyyənləşdirmək olacaq.
Oğlaq
Oğlaqlar üçün oktyabrın əsas sınağı karyera, məsuliyyətlər və hər şeyi nəzarətdə saxlamaq istəyi ilə bağlı ola bilər. Planlı hərəkət etməyi sevən Oğlaqların işləri gözlənilməz hadisələr səbəbindən dəyişə bilər. İş yükünün artması və ya başqalarının məsuliyyətlərini də üzərinə götürmələri onları təzyiq altında saxlaya bilər. Oktyabrın sonuna qədər hər şeyi təkbaşına həll etməyə çalışmaq əvəzinə lazım gəldikdə kömək istəmələri daha yaxşı nəticə verə bilər. Bu dövrdə iş və şəxsi həyat arasında tarazlığı qorumaq Oğlaqlar üçün xüsusilə vacib olacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız