Azərbaycan boksçusu Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu Avropa çempionu oldu

İdman

11 Oktyabr 2026 16:37 77


Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi ilə qarşılaşıb. Dördpendirli pizza

Hər üç raundu öz xeyrinə başa vuran Cəmilə Muradlı 5:0 hesabı ilə (30:27, 30:27, 30:27, 30:27, 30:27) qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da Azərbaycan millisinin medallarının sayı dördə çatıb. Daha əvvəl boksçularımızdan Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün daha dörd idmançımız final döyüşünə çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!