İranlı general Moskvaya getdi -   Patruşevlə danışıqların mövzusu nədir?

saytların hazırlanması

Evə çatdırılma

İranlı general Moskvaya getdi - Patruşevlə danışıqların mövzusu nədir?

Dünya

27 İyun 2023 14:36 926


İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan 2 günlük səfərlə Moskvadadır.

Yenisabah.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat  yayıb.

O, çərşənbə axşamı Moskvaya gələn nümayəndə heyətinə başçılıq edir. pizza

İranlı general Rusiya təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə görüşlər və danışıqlar aparacaq.

Səfər zamanı Ə. Radan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Milli Qvardiyanın direktoru Viktor Zolotovla görüşəcək.

“Səfər zamanı hüquq-mühafizə sahəsində əməkdaşlıq memorandumunun imzalanması, Rusiya polisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə malik olduğu potensial və imkanların ziyarət edilməsi və yoxlanılması, həmçinin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə danışıqların aparılması planlaşdırılır”, - deyə məlumatda vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!