İtaliya sonuncu hərbçilərinin İraqdan çıxarılmasını başa çatdıraraq bu ölkədə 12 illik hərbi mövcudluğuna son qoyub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, 2026-cı ilin mart ayınadək Roma İraq Kürdüstanındakı hərbi bazaya gecə endirilən hava zərbəsindən sonra hərbi personalının böyük hissəsini İraqdan artıq çıxarmışdı. Dördpendirli pizza
İtaliyalı hərbçilər "İslam Dövləti" terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi "Sarsılmaz qətiyyət" beynəlxalq əməliyyatında, həmçinin NATO-nun İraqdakı missiyasında iştirak ediblər. Sonuncu missiya konsultativ xarakterli idi və İraq təhlükəsizlik qüvvələrinin hazırlanmasına və potensialının artırılmasına yönəlmişdi.
İtaliya Müdafiə Nazirliyinin bəyanatına əsasən, İtaliya və NATO qüvvələri qoşunların bu bölgədən çıxarılmasını sentyabrın 30-dək başa çatdırmaqla bağlı yerli hakimiyyət orqanları ilə razılığa gəliblər.
İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib ki, qoşunların çıxarılmasının başa çatması İraqın öz təhlükəsizliyini təmin etmək üçün daha çox məsuliyyət daşıması deməkdir./Report
Telegram kanalımız