İrəvan Tehrana arxa çevirir? -   Bunu Nikol Paşinyan da bilir

saytların hazırlanması

Evə çatdırılma

İrəvan Tehrana arxa çevirir? - Bunu Nikol Paşinyan da bilir

Dünya

14 Yanvar 2026 16:20 450


“İranın İrəvandakı səfiri Xalil Şirqolaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, “Tramp yolu”nun açılması İran üçün ciddi xəbərdarlıq sayılır: pizza hut

“Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birlərinə iradları olmayıb. Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib. “İran səfirinin “Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir” açıqlaması ikili münasibətlərdə mövcud vəziyyətdən xəbər verir”.

Politoloq vurğulayıb ki, Tehran İrəvanın ona arxa çevirdiyini düşünür:

“Aydındır ki, səfir İran Xarici İşlər Nazirliyinin təlimatı əsasında Ermənistan hökumətinin siyasətini sərt tənqid edib. İran səfirliyi qarşısında İrəvanda yaşayan iranlıların ölkələrindəki etiraza dəstək verməsi səfirin narazılığına səbəb olub. Səfiri narazı salan həm də Ermənistan polisinin səfirlik qarşısında etiraza şərait yaratması olub. İranlı diplomat “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” cümləsiylə İrəvanın Tehrana arxa çevirdiyini demək istəyib. Səfirin son cümləsini belə də oxumaq olar: “Azərbaycan torpaqlarının işğalında Sizə vediyimiz dəstəyi unutduz”.

Nikol Paşinyan İranda gec və ya tez rejimin dəyişəcəyinin fərqindədir. Ona görə o qəddar rejimlə tərəfdaş olmaqdansa, dünyanın superdövləti ABŞ-ıa sıx tərəfdaşlığa üstünlük verib. Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə də yaxşı dərsdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!