YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
İrəvanda ən ağıllı siyasətçi kimdir? -  “Səhvi düzəltmək alınmadı, gördü ki, qarmağa keçib”

İrəvanda ən ağıllı siyasətçi kimdir? - “Səhvi düzəltmək alınmadı, gördü ki, qarmağa keçib”

Siyasət

06 Oktyabr 2022 10:25 3802


“Siyasətçinin zehni inkişaf səviyyəsi hansısa müqaviləni imzalaması ilə ölçülmür. Bu ölçülür, ilk növbədə, hakimiyyətdə qalması müddəti ilə, ikincisi isə xalqı üçün faydalı iş görməsi ilə”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni cəmiyyətindəki ən ağıllı siyasətçi və Azərbaycan üçün əlverişli fiqur olması ilə Abutalıb Səmədovun fikrinə münasibət bildirib.

Öz növbəsində, Z. Əlizadə deyib ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda korrupsiya dərəcəsi xeyli azalıb:

“Bu həm əhalinin yaşayışına təsir etdi, həm də dünyada Ermənistanın hörmətini artırdı. Hamı Ermənistanı demokratik və xalqın rəyi ilə hesablaşan ölkə kimi sayır. Ölkədə iki tamamilə şəffaf və sərbəst seçki keçirilib, parlament saxtakar adamlarla doldurulmayıb. Bunların hamısı siyasətçi kimi Paşinyanın öz hörmətini artırır.

Bundan başqa, Ermənistan çox ağır bir sınaqdan keçib, müharibəni uduzub, amma bundan sonra da Paşinyan cəsarətini toplayaraq azad seçkilər keçirdi və yenidən qalib gəlib. Çünki o güclü siyasətçidir”.

Z. Əlizadə fikrinin davamında deyib: “Nə üçün müharibədə məğlub oldu? Əvvəla, Ermənistanın Birinci Qarabağ müharibəsindəki qələbəsi onun öz qalibiyyəti deyildi. Bu, Rusiyanın qərarı, dəstəyi və əməli idi. İkincisi, Paşinyan gələndən sonra Ermənistanın səmti Qərbə tərəf çöndü. O, erməni xalqının gələcəyini düşünüb ölkəsini demokratik istiqamətə apardığından Rusiya üzünü ondan çevirdi”.

“Sizcə, erməni cəmiyyətində ən ağıllı siyasətçi kimdir: Nikol Paşinyan, yoxsa Levon Ter-Petrosyan” sualına isə müsahibimiz belə cavab verib:

“Ümumiyyətlə, Ermənistanın başına gələn bütün bəlaların başında elə Levon Ter-Petrosyanın özü dayanırdı. Münaqişə başlayanda “miatsum” deyə bağıran kim idi? Kim çalışırdı ki, Ermənistan Rusiyanın kölgəsinə çevrilib dalınca sürünsün və Rusiya siyasətinin bütün cəfasını çəksin? Hamısının baiskarı Ter-Petrosyan idi. Sonradan görəndə ki, bəli, strateji səhv edib və səhvi düzəltmək alınmadı, gördü ki, qarmağa keçib”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!