Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İrəvandakı səfir: “İranlı sürücülərin problemini həll etməyə çalışırıq”
20 Sen 2021 15:37
629

İrəvandakı səfir: “İranlı sürücülərin problemini həll etməyə çalışırıq”

"Hər halda səfirlik və ölkə rəhbərliyi iranlı yük maşını sürücülərinin problemini həll etməyə çalışır”.

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İslam Respublikasının Ermənistandakı səfiri Abbas Zohuri bildirib.

“Bu məsələnin əldə edilən razılaşmalar çərçivəsində ən qısa zamanda həll olunmasını və iki ölkə arasındakı ticarətin heç bir problem olmadan davam etməsini gözləyirik", - deyə o əlavə edib.

Abbas Zohuri qeyd edib:

"Azərbaycan və Ermənistan arasında 44 günlük Qarabağ müharibəsindən sonra əldə olunan razılaşmadan sonra keçmiş SSRİ-nin xəritələrinə görə, Gorus-Qafan yolunun iki hissəsi Azərbaycan Respublikasına məxsusdur və alternativ marşrutun qurulmasına qədər giriş və çıxışlar nəqliyyatın hərəkəti üçün açıq olmalı idi. Bu yol bir neçə həftə əvvəl bağlanıb və indi yola görə rüsum alınır və yük maşınları hazırda ikiqat ödəniş etməli olur”.

Səfirin sözlərinə görə, razılaşmalar elə əldə olunmalıdır ki, yük maşını sürücüləri üçün heç bir problem yaranmasın.

"Hər halda, səfirlik və ölkə rəhbərliyi bu problemi həll etməyə çalışır. Bu məsələnin mövcud razılaşmalar çərçivəsində ən qısa zamanda həll olunmasını və 2 ölkə arasındakı ticarətin heç bir problem olmadan davam etməsini gözləyirik", - deyə Abbas Zohuri qeyd edib.

İran səfiri xatırladıb ki, Ermənistan hökumətinin sürücülərin yeni marşrutla gedə bilməsi üçün alternativ yolu ən qısa müddətdə quracağını bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər