İsi Mustafayev yüksək vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

İsi Mustafayev yüksək vəzifəyə təyin edildi

İqtisadiyyat

03 İyun 2026 10:30 217


İsi Mustafayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, o, artıq vəzifəsinin icrasına başlayıb.  

İ.Mustafayev maliyyə sektorunda uzunmüddətli idarəçilik təcrübəsinə malikdir. O, 2023-2026-cı illərdə Azərpoçt MMC-nin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Sezar pizza

İ.Mustafayev bundan əvvəl 2020-2021-ci illərdə Rabitəbank ASC-də, 2016-2020-ci illərdə isə AG Bank ASC-də departament direktoru olub.

O, əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. 2003-2016-cı illərdə isə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışaraq iqtisadçı, baş iqtisadçı və Kredit Təşkilatlarına Nəzarət Departamentinin müdiri vəzifələrini tutub.

Şirkət rəhbərliyi İsi Mustafayevin maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrindəki geniş təcrübəsinin “PAŞA Kapital”ın gələcək inkişaf strategiyasının həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!