İsmayıllıda zavodda ölüm hadisəsi baş verib.
"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərinin ərazisində yerləşən "Körpü Bina Tikinti" zavodunda qeydə alınıb.
Orada işləyən Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Etibar İslam oğlu Hümmətov iş başında qəfil ölüb.
Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız