“İspaniya millisi öz ustalığını göstərdi” - Didye Deşam 

saytların hazırlanması

Evə çatdırılma

“İspaniya millisi öz ustalığını göstərdi” - Didye Deşam 

İdman

10 İyul 2024 11:28 814


“İspaniya sübut etdi ki, çox yaxşı komandadır. Hesabı açmaq bizə qismət oldu, lakin rəqib topa daha yaxşı nəzarət etdiyi üçün bizə problem yaratdı". 

Yenisabah.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün yarımfinal mərhələsində İspaniyaya uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib. 

O, komandasının dinamik oynamadığını və hücuma lazım olan qədər çıxmadığı üçün məğlubiyyətdən qaça bilmədiklərini qeyd edib: "Bu gün İspaniya öz ustalığını nümayiş etdirdi. Bir az gecikdik və yəqin ki, komanda o qədər də yaxşı formada deyildi. Bu da bəzi texniki xətalara səbəb oldu, xüsusən də hücumumuzda. Biz kifayət qədər irəli getmədik. Buna görə də lazım olan yerdəyik".  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!