18 Avqust - 06:19
İspaniyada mənşəyi məlum olmayan virus yayıldı:  2 uşaq öldü

İspaniyada mənşəyi məlum olmayan virus yayıldı: 2 uşaq öldü

Dünya

06 Avqust 2022 11:06 471


İspaniyada ilk dəfə mənşəyi məlum olmayan hepatit virusu (qaraciyərin iltihabı) səbəbindən 2 uşaq dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi ölkədə mənşəyi məlum olmayan 46 hepatitə yoluxma faktının aşkarlandığını bildirib.

Nazirliyin açıqlamasında deyilir ki, qaraciyər köçürülən 15 aylıq körpə iyun ayında, 6 yaşlı uşaq isə iyul ayında mənşəyi məlum olmayan hepatit virusundan dünyasını dəyişib.

İspaniya, İngiltərənin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yoluxmaların qəfil artması ilə bağlı xəbərdarlıq etməsindən sonra vəziyyəti yaxından izləməyə başladığını açıqlayıb. 

ÜST iyulun 8-nə 35 ölkədə ümumilikdə 1010 hepatit hadisəsinin olduğunu və 22 uşağın virusa görə öldüyünü bəyan edib. 

İngiltərədə aprel ayında ortaya çıxan və qısa müddətdə bir çox ölkəyə yayılan mənşəyi bilinməyən hepatit virusu 1 aydan 16 yaşa qədər uşaqlarda görülür.

Virus sarılıq, ishal, qusma və qarın ağrısı kimi əlamətlərə malikdir.

Səlahiyyətlilər bu günə qədər hepatit hadisələrinin adenovirus və ya Kovid-19 tərəfindən törədildiyi ehtimalına diqqət yetiriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!