İsveç səfiri ölkədən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

İsveç səfiri ölkədən qovuldu

Dünya

20 İyul 2023 21:16 1553


İraqın baş naziri Məhəmməd Sudani İsveç hökumətinin Quranı yandırmaq üçün dəfələrlə icazə verməsinə görə İsveç səfirindən ölkəni tərk etməsini tələb edib.

Yenisabah.az xəbər verir ki, bu barədə hökumət dəftərxanası bəyanat yayıb.

“Baş nazir Məhəmməd Şia əl-Sudani İraq Respublikasının İsveçin paytaxtı Stokholmdakı səfirliyinin müvəqqəti işlər vəkilinin geri çağırılması barədə göstəriş verib. O, həmçinin İsveç hökumətinin Quranı yandırmağa, İslam ziyarətgahlarını təhqir etməyə və İraq bayrağını yandırmağa dəfələrlə icazə verdiyinə cavab olaraq, İsveç səfirindən İraq ərazisini tərk etməyi tələb edib”, - deyə bəyanatda qeyd olunub. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!