CNN, MS NOW və "Politico" ABŞ Prezidenti Donald Trampa qarşı federal məhkəmədə yeni bir iddia qaldırıb.
"Yeni Sabah" xəbər verir ki, bu iddia da müxbirlərin Ağ Evə giriş qadağası ilə bağlıdır.
Onlar əmindirlər ki, administrasiya imkanı olan kimi qadağanı bərpa edəcək. Dominos pizza
Donald Tramp sentyabrın 18-də yalan məlumat yaydıqlarına görə CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinə icazə vermədiyini bildirib. O əlavə etdi ki, Ağ Evdən qadağan olunmuş media qurumlarının siyahısı genişləndirilə bilər.
Kolumbiya dairəsindəki federal hakim Trampın qərarını ləğv edib, lakin yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdeh olan Gizli Xidmət yenə də CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinə icazə verməyib. Vaşinqton administrasiyası yalnız media qurumları məhkəməyə ikinci apelyasiya şikayəti verdikdən sonra buna razı olub.
Telegram kanalımız