Kabab yeyib, çay içən “alfa kişilər” azalır, əvəzində... - İqtisadçı

saytların hazırlanması

Evə çatdırılma

Kabab yeyib, çay içən “alfa kişilər” azalır, əvəzində... - İqtisadçı

Sosial

26 Avqust 2026 11:51 113


“Azərbaycanda yeməkxanalar azalır, kofe-şoplar artır. Bunun səbəbi kofeyə marağın artması yox onun getdikcə içkidən çox sosial atributa çevrilməsidir”.

"Yeni Sabah" xəbər verir ki, bunu "Facebook" hesabında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun fikrincə, bahalı kofe-şopda oturmaq, qarşısına noutbuk qoymaq, əlində brend stəkan saxlamaq insana özünü daha müasir, daha uğurlu, daha “elit” hiss etdirir: pizza sifarişi

“Böyük evə, bahalı avtomobilə və ya başqa status göstəricilərinə imkan çatmaya bilər. Amma 7-8 manatlıq kofe ilə həmin hissin kiçik bir versiyasını almaq mümkündür. Əslində, bunun elmi ədəbiyyatda da izahı var. İstehlak psixologiyasında buna yaxın davranış “əlçatan lüks” və “simvolik istehlak” anlayışları ilə izah olunur. İnsan daha böyük status göstəricilərinə imkanı çatmadıqda, nisbətən ucuz və əlçatan məhsullar vasitəsilə özünə status və dəyər hissi yarada bilir. Yəni aldığı məhsulun özündən çox, onun ifadə etdiyi mənanı istehlak edir”.

E.Əmirov qeyd edib ki, mövcud bazar bu məqamı çox yaxşı tutur: “Sahibkar görür ki, kabab yeyib, çay içən “alfa kişilər” azalır, kofe içib noutbuk açan, bəzək-düzəkli “beta və gamma kişilər” artır. Onda sahibkar da ənənəvi kafelər və kababxanalar yox, kofe-şoplar açır. Yəni tələb dəyişdikcə şəhərin ictimai iaşə sektoru və ümumi siması da dəyişir. Əlqərəz, bizdə çox vaxt kofe içilmir. Kofeyə yüklənən məna “içilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!