Kamran Əsədov namizədliyini geri götürdü

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əsədov namizədliyini geri götürdü

Sosial

03 Avqust 2024 13:37 765


70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, tanınmış təhsil eksperti Kamran Əsədov seçki yarışını tərk edib.

Yenisabah.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, K.Əsədov ötən gün namizədliyini geri götürüb.

Qeyd edək ki, K.Əsədov 3 gün öncə “sona qədər” gedəcəyi haqda status yazmışdı: Marqarita pizza

“Neftçalaya bağlılığı olmayanlar nə qədər istəsələr təzyiq etsinlər, nə geri çəkiləcəm, nə yolumdan dönəcəm. Ancaq seçki vaxtı Neftçala yadına düşənlərin Neftçalada işi olmamalıdır”.

Xatırladaq ki, Neftçala seçki dairəsində hazırda ən şanslı namizəd Tənzilə Rüstəmxanlı hesab edilir. Ötən seçkidə bu dairədən Sabir Rüstəmxanlı millət vəkili seçilmişdi. K.Əsədov S.Rüstəmxanlı ilə mübarizə aparmış və məğlub olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!