Kanada şah agentini İrana təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Kanada şah agentini İrana təhvil verdi

Dünya

11 Dekabr 2021 13:04 851


Kanada şah İranının kəşfiyyatı ilə əməkdaşlığa görə 85 yaşlı şəxsi İrana ekstradisiya edib.

Yenisabah.az "Iran İnternational"a istinadla xəbər verir ki, Kanada İmmiqrasiya Xidməti Mirzə Əli Vaezzadə adlı 85 yaşlı iranlını SAVAK-a üzv olmaqda ittihamlayıb.

Manitoba ştatının Vinnipeq şəhərinin sakini olan Vaezzadə 1997-ci ildən qanuni rezidentlik hüququ olmadan Kanadada yaşayır. pizza

Kanada İmmiqrasiya Xidməti Vaezadeyə yaşama izni verməyib.

Kanada federal məhkəməsinin 2017-ci ildə çıxardığı qərara görə, Vaezzadə 1970-ci ilə qədər SAVAK-la əməkdaşlıq və 8 min nəfərin işgəncə və edam təhlükəsi ilə üzləşdiyini bilə-bilə onlardan xəbərçilik edib.

Vaezzadənin vəkili bildirib ki, Kanada İmmiqrasiya Xidməti bundan əvvəl müvəkilin ailəsinin onun fiziki sağlamlıq problemlərinə görə ekstradisiyasının təxirə salınması tələbini rədd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!