“Kaş evimdə oturub ər çörəyi yeyərdim” - Aysel Əlizadə

saytların hazırlanması

Evə çatdırılma

“Kaş evimdə oturub ər çörəyi yeyərdim” - Aysel Əlizadə

Şou

30 Oktyabr 2019 12:38 1614


Müğənni Aysel Əlizadə MTV-yə açıqlamasında ailə quraraq ər çörəyi yemək istədiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, 29 yaşlı ifaçı 15 yaşından bəri  işlədiyini, artıq rahatlıq istədiyini deyib:

“Uşaqlıqdan valideynlərimə kömək olmaq üçün canfəşanlıq etmişəm. Bir övlad kimi düşünürəm ki, valideynlərin yükünü daşımaq lazımdır. Bizim ailədə seçilmiş mənəm. 15 yaşımda işləmişəm, həm də təhsil almışam. İndi isə Allah ruzimi yetirir. Ər çörəyi yemək istəyirəm. İnanın, bütün qadınlarda bu istək var. Hamı rahatçılıq istəyir. Müəyyən çətin günlər olur ki, o qədər yükün üzərində olmağını istəmirsən. O zaman düşünürsən ki, kaş evimdə oturub ər çörəyi yeyərdim. Mənə indi bu yazılıb, belə yaşayıram. Bundan sonra bəlkə, ər çörəyi yeyəcəm? Demək ki, mənim sınağım belədir”. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!